CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtın su tələbatı artır

İçməli sudan səmərəli istifadə edilməsi üçün şəbəkədə mövcud olan itkilərin əhəmiyyətli dərəcədə azaldılması planlaşdırılır.
Sputnik

BAKI, 9 oktyabr — Sputnik. 2040-cı il üçün Bakı və Abşeron yarımadasında içməli suya olan gündəlik tələbatın indiki 1,25 milyon m3 səviyyəsindən 1,8 milyon m3-dək yüksəlməsi ehtimal olunur.

Sputnik Azərbaycan xəbər verir ki, bu, "Bakı Şəhərinin Baş Planı 2040"-da əksini tapıb.

Layihəyə əsasən, su təchizatının davamlılığını və dayanıqlığını təmin etmək üçün yeni su anbarları və magistral su xətləri inşa ediləcək.

İçməli sudan səmərəli istifadə edilməsi üçün şəbəkədə mövcud olan itkilərin əhəmiyyətli dərəcədə azaldılması planlaşdırılır.