BAKI, 9 oktyabr — Sputnik. Bu gün Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, Emmanuel Makron oktyabrın 2-də də dövlətimizin başçısına zəng etmiş, danışıqların mövzusu Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi olmuşdu.