BAKI, 9 oktyabr — Sputnik. Bakıda havaya atılan karbon emissiyasının həcmini azaltmaq üçün bərpa olunan enerji istehsalının artırılması tövsiyə olunub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Bakı şəhərinin 2040-cı il üçün nəzərdə tutulan Baş Planında məlumat yer alıb. Qeyd olunub ki, Bakı şəhərinin Baş Planı çərçivəsində günəş və külək elektrik stansiyaları üçün əlverişli şəraitə malik altı geniş ərazi müəyyən edilib. Qeyd edilən ərazilər ümumilikdə 3717 hektar sahəni əhatə edir.
Qeyd edək ki, elektrik enerjisi şəbəkəsinin etibarlılığının və gücünün artırılması məqsədilə Bakının mərkəzi hissəsinin ətrafında 220 kV-luq qapalı dairəvi sistemin qurulması nəzərdə tutulur.