VİDEO

Bərdəyə atılmış raketlərdən nəhəng çala əmələ gəldi - VİDEO

Bərdə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən raket və artilleriya hücumuna məruz qalır. Atılan raketlərdən sonra torpaqda dərin çalalar əmələ gəlib. Videomuzu izləyin.
Sputnik

Bu yaxınlarda “Qədim Bərdə” restoranına mərmi düşməsi nəticəsində şəhər mərkəzində iki nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bərdəyə raket mərmisi yağıb: Şəhərin infrastrukturu darmadağın edilir – video

Bərdənin mərkəzindəki orta məktəbin yaxınlığına düşən raketlər isə daha beş nəfərin yaralanmasına səbəb olub. Yaxınlıqdakı evlər və avtomobillər də zərər görüb.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.