Azərbaycan ordusunun Qarabağda əks-hücum əməliyyatları apardığı bir vaxtda erməni xüsusi xidmət orqanları Azərbaycan informasiya məkanına saxta informasiyalar ötürməyə çalışır.
Bununla bağlı Sputnik Azərbaycan-a danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, Azərbaycan hökuməti saxta xəbərlərin yayılmasının qarşısını almağa çalışır, amma məsələ bununla bitmir:
“Bu mərhələdə hər bir vətəndaşdan məsuliyyətli olmaq tələb olunur. İnsanlar çalışmalıdırlar ki, saxta xəbərlərin tirajlanmasında iştirakçı olmasınlar. Düşmən insanları çaşdırmaq, demoralizə etmək üçün müxtəlif saxta informasiyalar uydurur. Azərbaycan ictimai rəyinin dəyişdirilməsinə yönəlik sosial media hesablarını şikayət etmək lazımdır”.
Azər Həsrətin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz