QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bərdəyə raket mərmisi yağıb: Şəhərin infrastrukturu darmadağın edilir – video

Bərdədə 7 nəfərin xəsarət aldığı mərmi yağışından sonra infrastrukturun, yaşayış evlərinin necə göründüyünü videomuzda izləyin.
Sputnik

Səhər saatlarından etibarən Bərdə rayonu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən atəşə tutulub. Şəhərin mərkəzində yerləşən “Qədim Bərdə” restoranına mərmi düşməsi nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Eyni zamanda şəhərin mərkəzində yerləşən orta məktəbin yaxınlığında düşən raketlər daha beş nəfərin yaralanmasına səbəb olub. Ətrafda olan evlərə, nəqliyyat vasitələrinə ziyan dəyib.