İQTİSADİYYAT

"Qara qızıl" qiymətdən düşür

"Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,90 dollar ucuzlaşaraq 40,58 dollar təşkil edib.
Sputnik

BAKI, 8 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,90 dollar ucuzlaşaraq 40,58 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,17 dollar artaraq 42,16 dollar, "Light" markalı neftin qiyməti isə 0,09 dollar bahalaşaraq 40,04 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.