BAKI, 8 oktyabr — Sputnik. "Ermənistana məxsus kamikadze dron Azərcan Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən məhv edilib". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" hesabında yazıb. Hikmət Hacıyev deyib:
"Ermənistana məxsus kamikadze dron Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən məhv edilib. Dron mülki əhalinin yaşadığı ərazidə uçurmuş. Xeyli sayda mülki əhalinin həyatı xilas edilib. Ermənistanın dövlət terroru davam edir. Sülh qüvvələri Ermənistanı bundan sonra da dayandırlmalıdır".