SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Koronavirusu Allahın lütfü hesab elədi

Koronavirusdan müalicə olunan ABŞ Prezidenti Donald Tramp "antikor kokteyli"nin ona çox yaxşı təsir etdiyini və bu preparatın bütün vətəndaşlara pulsuz veriləcəyini bildirib.
Sputnik

BAKI, 8 oktyabr — Sputnik. Yeni tip koronavirusdan (COVID-19) müalicə olunan ABŞ Prezidenti Donald Tramp "Regeneron" adlı firmanın istehsal etdiyi "antikor kokteyli"nin ona çox yaxşı təsir göstərdiyini və bu preparatın bütün vətəndaşlara pulsuz veriləcəyini bildirib.

Sputnik Azərbaycanxarici mediaya istinadla xəbər verir ki, Tramp, Ağ Evin həyətində lentə aldırdığı video-mesajda Valter Rid hərbi hospitalında dörd gün qalandan sonra iqamətgahına qayıtdığını bildirib:

"Əslində Ağ Evdə də qala bilərdim, ancaq Prezident olduğumdan həkimlər məni israrla xəstəxanaya yerləşdirdilər".

Tramp həkimlərdən razılıq edib: "Xəstəxanaya gedəndə özümü yaxşı hiss etmirdim, mənə "Reqeneron" adlı bir dərman verdilər, qısa müddətdə vəziyyətim düzəldi. Özümü çox yaxşı hiss etməyə başladım. Bu xəstəliyin Allahın mənə bir lütfü olduğunu düşünürəm. Koronavirusa yoluxmasaydım, bu preparatdan da xəbərimiz olmayacaqdı. Özüm təklif etdim ki, mənə həmin dərmandan versinlər".

Tramp onu da bildirib ki, sözügedən preparat COVID-19 diaqnozu ilə xətəxanaya yerləşdirilən bütün xəstələrə pulsuz veriləcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və xanımı oktyabrın 2-də COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.