Gürcüstan komandası AVRO-2020 uğrunda pley-offun finalına çıxıb

Yarımfinal görüşündə slovakiyalı mütəxəssis Vladimir Vayssın komandası öz meydançasında Belarus millisini məğlub edib.
Sputnik

Gürcüstanın futbol üzrə yığması Avropa çempionatına düşmək üçün keçirilən yarımfinal pley-off görüşündə Belarus komandasına qalib gəlib.

Tbilisidə keçirilmiş oyun 1:0 hesabı ilə başa çatıb. Yeganə qolu 7-ci dəqiqədə pentaltidən dəqiq zərbə ilə Tornike Okriaşvili vurub.

Noyabrın 12-də AVRO-2020-yə çıxmaq uğrunda vəsiqənin taleyini Gürcüstanla Şimali Makedoniya - Kosovo oyununun qalibi öz aralarında həll edəcək.

Futbol üzrə Avropa çempionatı koronavirus pandemiyasına görə 2020-ci ildən 2021-ci ilə keçirilib.