SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev: "Biz Ermənistanın torpağında deyilik, öz torpağımızdayıq"

Azərbaycan prezidenti: "Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı bizə vaxt cədvəli verməlidir və bu cədvəl vasitəçi ölkələr olan Minsk qrupunun həmsədrləri tərəfindən təsdiqlənməlidir"
Sputnik

 

BAKI, 8 oktyabr — Sputnik. Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı bizə vaxt cədvəli verməlidir və bu cədvəl vasitəçi ölkələr olan Minsk qrupunun həmsədrləri tərəfindən təsdiqlənməlidir. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz "Twitter" səhifəsində yazıb.

"Atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Bu, ikitərəfli qərar olmalıdır və həm də yerində həyata keçirilməlidir. Ermənistanın ünvanına əsas mesaj budur ki, biz Ermənistanın torpağında deyilik, biz öz torpağımızdayıq", - deyə İlham Əliyev qeyd edib.