BAKI, 7 oktyabr — Sputnik. Azərbaycanın Müdafiə Nazirliyi işğaldan azad olunan Cəbrayıl rayonunun Şəybəy kəndindən videogörüntülər yayılıb.
Qeyd edək ki, bu gün nazirlik Cəbrayıl rayonunun Şükürbəyli kəndindən də videogörüntülər yayıb.
Nazirlikdən həmçinin bildirilib ki, Cəbrayıl istiqamətində Ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirir və düşmən üzərində üstünlüyə malikdir.
"Ermənistan müdafiə nazirliyi növbəti dəfə Cəbrayıl istiqamətində guya bölmələrimizin itkilərə məruz qaldığı barədə dezinformasiya xarakterli məlumat yayıb. Rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfinin yaydığı məlumatlar əsassız və yalandır. Cəbrayıl istiqamətində ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirir və düşmən üzərində üstünlüyə malikdir, " - deyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.