RUSİYA

Putindən Paşinyana tərs sillə: "Döyüşlər Ermənistan ərazisində getmir"

Putin əlavə edib ki, Ermənistan Baş naziri ilə daimi, canlı iş əlaqəsindədir və Ermənistanın Rusiyanın müttəfiqlik öhdəliklərinin yerinə yetirməməsinə dair heç bir sualı yoxdur.
Sputnik

BAKI, 7 oktyabr — Sputnik. Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində öz bütün öhdəliklərini yerinə yetirəcək, Ermənistanın buna dair heç bir sualı yoxdur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya-24" telekanalına müsahibəsində bildirib.

"Bildiyiniz kimi, Ermənistan KTMT-nin üzvüdür. Bu müqavilə çərçivəsində bizim Ermənistan qarşısında müəyyən öhdəliklərimiz var. Çox təəssüflər olsun ki, döyüşlər indi də davam edir. Onlar Ermənistan ərazisində getmir. Rusiyanın KTMT çərçivəsində öz müqavilə öhdəliklərini yerinə yetirməsinə gəldikdə biz həmişə onları yerinə yetirmişik, yetiririk və yetirəcəyik", - deyə Putin qeyd edib.

O əlavə edib ki, Ermənistan Baş naziri ilə daimi, canlı iş əlaqəsindədir və Ermənistanın Rusiyanın müttəfiqlik öhdəliklərinin yerinə yetirməməsinə dair heç bir sualı yoxdur.