BAKI, 7 oktyabr — Sputnik. "Təmas xəttində vəziyyət gərginləşməmişdən əvvəl Ermənistan açıq şəkildə Azərbaycanın kritik əhəmiyyətə malik enerji infrastrukturunu - Mingəçevir su anbarını raket hücumları ilə təhdid etmişdi". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.
"Ermənistanın son raket hücumları Ermənistanın hərbi doktrinasının nə qədər aqressiv olduğunu bir daha təsdiqlədi", - Hikmət Hacıyev vurğulayıb.