BAKI, 7 oktyabr — Sputnik. Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı təxribatı nəticəsində həlak olanların və yaralananların sayını açıqlayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 27 sentyabrdan bu günə qədər təxtibatçı hücum nəticəsində 30 nəfər həlak olub, 143 nəfər yaralanıb.
Ümumilikdə 66 mülki obyekt yararsız vəziyyətə düşüb, 427 yaşayış evi isə dağıdılıb.