FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Rusiya Prezidenti Vladimir Putinin 68 yaşı olur

Sputnik

Bu gün Rusiya Prezidenti Vladimir Putin 68 yaşını qeyd edir. Sputnik-Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Prezidentin mətbuat katibi Dmitri Peskov Rusiya liderinin günün birinci yarısını ölkədaxili gündəm və beynəlxalq telefon danışıqlarına həsr edəcəyini bildirib. O, Prezidentin bu gün on beynəlxalq telefon danışığı keçirəcəyini də qeyd edib.

Putin günün qalan hissəsini dostları, doğmaları və yaxın insanların əhatəsində keçirəcək.

1 / 18
Vladimir Putin "İvolqa" qatarında
2 / 18
Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyev və Vladimir Putin Bakıda cüdo üzrə 32-ci dünya çempionatını izləyirlər.
3 / 18
RF Prezidenti Vladimir Putin İvanovoda №4 şəhər klinik xəstəxanasının uşaq poliklinikasına səfərdən sonra yerli sakinlərlə birgə.
4 / 18
RF Prezidenti Vladimir Putin biomüdafiə kostyumunda Kommunarka xəstəxanasında.
5 / 18
RF Prezidenti Vladimir Putin və Rusiya hökumətinin rəhbəri Dmitri Medvedev Rusiya hökumət üzvləri ilə görüşdən əvvəl.
6 / 18
Vladimir Putin Kerçdə gəmiqayırma zavodunda döyüş gəmilərinin təməlinin qoyulmasında.
7 / 18
Rusiya Prezidenti Vladimir Putin Əbu-Dabinin vəliəhdi şahzadə Məhəmməd bin Zeyedə ağ şahin hədiyyə edir.
8 / 18
Rusiya Prezidenti Vladimir Putin SSRİ Xalq artisti, bəstəkar Aleksandra Paxmutovanın yubileyində.
9 / 18
Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciəti zamanı.
10 / 18
Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyev və Vladimir Putin Soçidə görüş zamanı.
11 / 18
RF Prezidenti Vladimir Putin, Rusiya müdafiə naziri Sergey Şoyqu (sağda) və Qərb Hərbi Dairə Ordusunun komandiri Aleksandr Juravlyov (solda) Fin körfəzində prezident katerində.
12 / 18
Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq sakinləri ilə görüş zamanı.
13 / 18
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda "Türk axını" qaz kəmərininin rəsmi açılış mərasimində.
14 / 18
Vladimir Putin Braziliyada BRHÇC iştirakçıları üçün təşkil olunan konsertdə
15 / 18
RF Prezidenti Vladimir Putin Yeni il ərəfəsində Qızıl Meydandakı konki meydançasında Gecə Hokkey Liqasının yoldaşlıq görüşündə fasilə zamanı.
16 / 18
RF Prezidenti V.Putin Aleksandr bağında Naməlum Əsgərin Məzarına gül dəstəsi qoyub.
17 / 18
Vladimir Putin Rusiya Konstitusiyasına dəyişikliklərin dəstəklənməsi ilə bağlı səsvermədə.
18 / 18
Vladimir Putin "Marşal Ustinov" raket kreyserinin göyərtəsindən Qara dənizdə Şimal və Çernomor donanmalarının birgə təlimlərini izləyir.