ELM

Kimya üzrə Nobel mükafatının sahibləri bəlli oldu

Nobel Komitəsi bu nüfuzlu mükafata mikrobiologiya sahəsində tədqiqatlar aparan fransız alimi Emmanuel Şarpantyeni və amerikalı biokimyaçı-alim Cennifer A.Dudnanı layiq görüb
Sputnik

BAKI, 7 oktyabr — Sputnik. 2020-ci il üçün kimya sahəsi üzrə Nobel mükafatının sahibləri məlum olub. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi məlumata görə, Nobel Komitəsi bu nüfuzlu mükafata mikrobiologiya sahəsində tədqiqatlar aparan fransız alimi Emmanuel Şarpantyeni və amerikalı biokimyaçı-alim Cennifer A.Dudnanı layiq görüb.

Alimlərə Nobel mükafatı genom (bir orqanizm hüceyrəsinə daxil olan irsi materiallar toplusu) üzrə apardıqları elmi tədqiqatlara görə verilib.