BAKI, 7 oktyabr — Sputnik. Dünyaca məşhur repçi Kardi B azərbaycanlılardan üzr istəyib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə o, "Twitter" səhifəsində məlumat yayıb.
Rəsmi hesabında səs yazısı paylaşan sənətçi araşdırma aparmadan Ermənistana dəstək olduğunu bildirib. O, paylaşımdan sonra səhifəsində xeyli sayda şərh yazıldığını, terrora dəstəkdə ittiham olunduğunu vurğulayıb.
Kardi açıqlamasını "Çox üzr istəyirəm, biz araşdırmadıq" başlığı ilə yayıb. Repçi daha sonra Nigar Xəlilova adlı istifadəçinin "onlayn təhsillə tarix öyrənir! Kardi B terrorizmi dəstəkləyir" tvitinə cavab verib: "Terrorizmi dəstəkləmirəm. Mən bunu yalnız baş verənlər haqqında heç bir araşdırma aparmadan, dostuma görə yazmışdım. Buna görə təəssüf edirəm. Mən müharibəni sevmirəm. Mən iki ölkə arasında münaqişələri sevmirəm. Nöqtə. Onun (müharibənin – red.) günahsız insanlara zərər vurmasına nifrət edirəm".