QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Caz şahzadəsi" azərbaycanlıları təbrik edib

O, bundan başqa, Azərbaycan kinematoqrafiyasının ən məşhur filmlərindən olan, rejissor Həbib İsmayılovun "Böyük dayaq" filmindəki "Suqovuşan" fraqmentini paylaşıb.
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 7 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Xalq artisti, "Caz şahzadəsi" Əzizə Mustafazadə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində bir çox bölgələrin işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, Mustafazadə "Qarabağ Azərbaycandır!" (#Karabaghisazerbaijan) həştəqi ilə paylaşım edib. O, bundan başqa, Azərbaycan kinematoqrafiyasının ən məşhur filmlərindən olan, rejissor Həbib İsmayılovun "Böyük dayaq" filmindəki "Suqovuşan" fraqmentini paylaşıb.