QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Mərkəzi Bank Silahlı Qüvvələrə dəstək oldu

Mərkəzi Bank işğal altında olan torpaqlarımızın azadlığı, Vətənin bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat məbləğində vəsait köçürüb.
Sputnik

BAKI, 6 oktyabr — Sputnik. Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) idarə heyəti Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.

AMB-dən Sputnik Azərbaycan-a bildirilib ki, Mərkəzi Bank işğal altında olan torpaqlarımızın azadlığı, Vətənin bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat məbləğində vəsait köçürülməsi barədə qərar qəbul edib və vəsait köçürülüb.

Mərkəzi Bankın sədri Elman Rüstəmov bir aylıq əməkhaqqını fonda ianə edib. Mərkəzi Bankın əməkdaşları da bu könüllü tədbirdə fəal iştirak edirlər.