CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Laçın nənə Şuşada dalğalanacaq bayrağı tikir – video

85 yaşlı Laçın nənə bu dəfə qayğı ilə tikdiyi bayrağın Şuşada dalğalanacağını arzu edir. Onun bu şərəfli işə öz köhnəlmiş tikiş maşınında necə nail olduğunu videomuzda izləyin.
Sputnik

29 il öncə Tovuzun Ermənistanla sərhəd kəndlərində dalğalanan Azərbaycan bayrağı ermənilərə göz dağı verib. Həmin dövrdə müstəqilliyini hələ yeni elan edən ölkəmizdə bu dövlət atributunu tapmaq mümkün deyildi. Bu səbəbdən Tovuzda 3 rəngli bayrağımızı tikmək işini Ağdam kənd sakini Laçın Bağırova öz üzərinə götürüb. Onun tikdiyi bayraqlar sərhəd kəndlərinin ən hündür yerlərində dalğalanıb, özünümüdafiə batalyonlarının döyüş bayrağına çevrilib.

Sonralar bu işə ehtiyac olmadığından Laçın nənə tikiş maşınını bir küncə qoyub. Lakin son günlər ordumuzun cəbhədə apardığı uğurlu əməliyyatlar onu da həvəsləndirib. 85 yaşlı Laçın nənə uzun illərdir işlətmədiyi tikiş maşınını yenidən işə salıb. O, bu dəfə tikdiyi bayrağın Şuşada dalğalanmasını arzulayır.