CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha 20 şagirddə koronavirus aşkarlandı

Təhsil Nazirliyinin məlumatına görə, indiyə qədər ölkə üzrə bir məktəb, 27 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib
Sputnik

BAKI, 5 oktyabr — Sputnik. Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, 13 şagird və 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub. Daha 20 şagird və 16 işçidə koronavirus aşkarlanıb. 4 sinif distant təhsilə keçib. İndiyə qədər ölkə üzrə bir məktəb, 27 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.