QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Çavuşoğlu NATO Baş katibi ilə görüşdə Ermənistandan danışdı: "Bu, hərbi cinayətdir"

Ermənistanın mülki şəxslərə hücum etməsi yeni deyil. Tarixə baxdığımızda Xocalıda 630-dan çox şəxsi necə qətlə yetirdiklərini görə bilərsiniz
Sputnik

BAKI, 5 oktyabr — Sputnik. "Ermənistan birbaşa mülki şəxsləri hədəfə alır. Bu, hərbi cinayətdir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO Baş katibi ilə Yens Stoltenberqlə görüşündən sonra mətbuat konfransı zamanı bildirib.

O, eyni zamanda başda NATO olmaqla, hər kəsin Ermənistana Azərbaycan torpaqlarından geri çəkilməsi çağırışı etməsinin vacibliyini qeyd edib: "Ermənistanın mülki şəxslərə hücum etməsi yeni deyil. Tarixə baxdığımızda Xocalıda 630-dan çox şəxsi necə qətlə yetirdiklərini görə bilərsiniz. İyul ayında yenə mülki şəxslərə hücum etdilər. İndi isə öncə təmas xəttində mülki şəxslər və əsgərlərə hücum etdilər. Uşaqlar da daxil olmaqla bir çox mülki şəxs həlak oldu. Son günlərdə də isə Ermənistan Bakıya yaxın yerlərə hücum edir. Bu, hərbi cinayətdir".