BAKI, 5 oktyabr — Sputnik. Bu gün Azərbaycanda zəlzələ olub. Sputnik Azərbaycan-ın Azərbaycan Milli Elmlər Akademiyasının Seysmoloji Xidmətlər Mərkəzinə istinadən xəbərinə görə, zəlzələ yerli vaxtla saat 10:56-da Zərdab stansiyasından 15 km qərbdə Zərdab rayonunda qeydə alınıb. Zəlzələ episentrdə 4,3, yaxın ətraf rayonlarda 4,1 bala qədər hiss olunub.