QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Türkiyədə tariximiz üçün əhəmiyyətli olan hadisə haqqında animasiya filmi hazırlanıb

Film Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakının erməni-bolşevik işğalından azad edilməsindəki rolundan bəhs edilir
Sputnik

BAKI, 5 oktyabr — Sputnik. Türkiyədə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın həyatından bəhs edən animasiya filmi hazırlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, ekran əsərində Nuru Paşanın həyat hekayəsi, İstanbulda qurduğu silah fabriki, ölkə iqtisadiyyatına verdiyi töhfələr və rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakının erməni-bolşevik işğalından azad edilməsindəki rolundan bəhs edilir.

Qeyd edək ki, animasiya filmi Türkiyənin Müdafiə Sənayesi Nazirliyi tərəfindən tarixi şəxsiyyətləri gələcək nəsillərə daha yaxından tanıtmaq məqsədilə hazırlanan layihə çərçivəsində reallaşıb.