QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Lavrov Ceyhun Bayramova görüşə hazır olduğunu dedi

Bildirilib ki, Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə Dağlıq Qarabağ münaqişəsinin həllinin baza prinsipləri əsasında danışıqların bərpasına kömək edəcək.
Sputnik

BAKI, 5 oktyabr - Sputnik. Rusiya Xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışarkən Moskvada Azərbaycan və Ermənistan XİN başçıları və Minsk qrupunun həmsədrləri ilə görüş keçirməyə hazır olduğunu bildirib.

Sputnik Azərbaycan bildirir ki, RF XİN-in məlumatına görə, telefon danışığı zamanı Lavrovla Bayramov Dağlıq Qarabağdakı vəziyyətin müzakirəsini davam etdiriblər.

Bildirilib ki, Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə Dağlıq Qarabağ münaqişəsinin həllinin baza prinsipləri əsasında danışıqların bərpasına kömək edəcək.