BAKI, 4 oktyabr - Sputnik. Şimali Kipr Türk Cümhuriyyətinin Baş Naziri Ersin Tatar Ermənistanın işğalçılıq siyasətini qətiyyətlə pislədiklərini deyib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Tatar CNN TÜRK-ə müsahibəsində azərbaycanlıların türkiyəlilər qədər onlara doğma olduğunu qeyd edib:
“Ermənistanın işğalçılıq siyasətini qətiyyətlə pisləyirik. Azərbaycanın işğal altında olan tarixi torpaqlarının tez bir zamanda azad edilməsini istəyirik. Azərbaycanlılar türkiyəlilər qədər bizə doğmadır. Biz haqlı mübarizələrində azərbaycanlı qardaşlarımızın yanındayıq”.
Baş Nazir Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasını da pisləyib.
O qeyd edib ki, Ermənistan təcavüzkar hücumları ilə regionda sülhün, sabitliyin pozulmasına səbəb olaraq təhlükəli vəziyyət yaradır.