SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğanın sözçüsü: "Azərbaycan ərazilərinin işğalına son qoyulmalıdır, bu qədər sadə"

İbrahim Kalın: "Dağlıq Qarabağ probleminin həlli Ermənistanın Azərbaycan ərazilərini işğala son qoymasındadır. "
Sputnik

BAKI, 4 oktyabr - Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın bir daha Azərbaycana öz torpaqlarının işğaldan azad edilməsində dəstək verdiklərini bəyan edib: 

"Biz həm siyasi, həm mənəvi baxımdan, həm də hərbi razılaşmalar çərçivəsində logistik olaraq Azərbaycanın yanındayıq, yanında da olmağa davam edəcəyik".

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, İbrahim Kalın münaqişənin həllinin işğala son qoyulmasında olduğunu deyib: 

"Dağlıq Qarabağ probleminin həlli Ermənistanın Azərbaycan ərazilərini işğala son qoymasındadır. Bu qədər sadə. Ədalətə söykənməyən davamlı sülh yaratmaq mümkün deyil".