QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Mübariz İbrahimovun erməni əsgərləri məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda erməni əsgərini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.
Sputnik

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  

"Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb. Artıq həmin postda Azərbaycan Bayrağı dalğalanır!", - deyə məlumatda bildirilir.