BAKI, 4 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” hesabında ərazilərimizin işğaldan azad olunması münasibəti ilə paylaşım edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Mehriban Əliyeva paylaşımında yazır: "Bütün Azərbaycan xalqını və bizim qələbələrimizə sevinən hər kəsi səmimi-qəlbdən təbrik edirəm! Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun!”