QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hikmət Hacıyev: Ermənistandan Azərbaycana 10 mindən artıq mərmi atılıb

Gəncə, Horadiz, Beyləqan və Tərtər şəhərlərinə “Smerç” və “Toçka-U” sistemlərindən istifadə etməklə zərbələr endirilib, ölən və yaralananlar var.
Sputnik

BAKI, 4 oktyabr - Sputnik. Ermənistanın siyasi rəhbərliyinin hərbi cinayətləri davam etməkdədir. Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriyadan və hədəflənmiş şəkildə Gəncə, Horadiz, Beyləqan və Tərtər şəhərlərinə “Smerç” və “Toçka-U” sistemlərindən istifadə etməklə zərbələr endirilib, ölən və yaralananlar var.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, Ermənistan SQ-nın qorxaq, xain, mülki əhalini hədəfə alan hücumları nəticəsində Azərbaycan ərazilərinə 10 mindən artıq mərmi atılıb. Ermənistan Azərbaycana qarşı klaster adlanan kasetli bombalardan istifadə edir.