BAKI, 4 oktyabr - Sputnik. Azərbaycanın şəhər və kəndlərin hədəf alınması Ermənistanın 30 ildən çox davam edən işğalçılıq siyasətinin tərkib hissəsidir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.
Azərbaycanın şəhərlərinə kasetli bombaların atıldığını vurğulayan H.Hacıyev deyib: “Ermənistan terrorçu dövlətdir. Azərbaycan bu hücumların heç birini cavabsız qoymur. Hazırda bu atəşin qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri Arayik Arutunyanın əmri ilə işğal olunmuş ərazilərdən endirildiyi bildirilir. Mən buradan Arayik Arutunyana müraciət etmək istəyirəm. Arayik Arutunyan, sən bunkerdə gizlənmişdin, Azərbaycan ordusu səni orada da tapdı. Ordumuzun dəqiq zərbəsi nəticəsində Arayik Arutunyan ağır yaralanıb. Onun kimi hərbi cinayətkarlar, separatçıların da aqibəti eyni olacaq".