Donald Trampın xəstəxanadan buraxılacağı gün açıqlanıb

Trampın müalicə olunduğu Uolter Rid adına hərbi-tibbi mərkəzdə bildiriblər ki, oktyabrın 2-dən sonra onda yüksək hərarət müşahidə olunmayıb.
Sputnik

BAKI, 4 oktyabr - Sputnik. ABŞ Prezidenti Donald Trampın həkimlər komandasının nümayəndəsi Brayan Haribaldi dövlət başçısının xəstəxanadan mümkün buraxılma tarixini deyib.

Haribaldinin sözlərinə görə, əgər Trampın vəziyyəti pis tərəfə dəyişməsə, o artıq bazar ertəsi oktyabrın 5-də buraxıla bilər. "Və o Ağ evə qayıdaraq müalicə kursunu davam etdirəcək", - həkim əlavə edib.

Trampın həkimi Şon Konli isə qeyd edib ki, dövlət başçısı özünü yaxşı hiss edir və onun vəziyyəti yaxşılaşır. Trampın müalicə olunduğu Uolter Rid adına hərbi-tibbi mərkəzdə bildiriblər ki, oktyabrın 2-dən sonra onda yüksək hərarət müşahidə olunmayıb.

ABŞ lideri oktyabrın 2-də özünün və xanımı Melaniya Trampın koronavirus testlərinin pozitiv çıxdığını bildirib.