HADİSƏ

Azərbaycan Prezidentinin köməkçisi: "Ermənilər Xızı və Abşerona raket atıb"

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.
Sputnik

BAKI, 4 oktyabr - Sputnik. Ermənistan Silahlı Qüvvələri Xızı rayonu ərazisinə raket zərbələri endirib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

O, qeyd edib ki, Xızı və Abşeron bölgəsinə iki 300 km məsafəli orta mənzilli raket atılıb.