VİDEO

Azərbaycan Ordusu Ermənistana qarşı cəza tədbirləri görür-VİDEO

Dəfələrlə edilən xəbərdarlığa məhəl qoymayan düşmənə qarşı Azərbaycan Ordusu tərəfindən cəza tədbirləri görülür.
Sputnik

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar və yaralanıblar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində bir sıra kəndlərimiz - Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq, Tərtər rayonunun Suqovuşan (Madagiz) və Talış yaşayış məntəqələri işğaldan azad edilib.

Hazırda Ermənistan Azərbaycanın Tərtər, Horadiz və Gəncə şəhərlərini intensiv atəşə tutmaqda davam edir.