CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik azad olunacaq ərazilərdə göstərəcəyi xidmətləri açıqladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uğurlu hərbi əməliyyatlar nəticəsində işğaldan azad edilməkdə olan torpaqlarımızda öz fəaliyyət istiqamətləri üzrə hər kəsi xidmətləri ilə əhatə edəcək
Sputnik

BAKI, 3 oktyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işğaldan azad edilməkdə olan ərazilərimizlə bağlı maraqlı statistika açıqlayıb. Nazirlikdən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, işğaldan azad edilməkdə olan ərazilərimizdə göstəriləcək xidmətlərlə bağlı ilkin statistika artıq hazırdır: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Silahlı Qüvvələrimizin uğurlu hərbi əməliyyatları nəticəsində işğaldan azad edilməkdə olan torpaqlarımızda öz fəaliyyət istiqamətləri üzrə hər kəsi xidmətləri ilə əhatə edəcək. O gün uzaqda deyil. Qələbə bizimlədir!"