BAKI, 3 oktyabr — Sputnik. “Ermənistan Müdafiə Nazirliyi tərəfindən kifayət qədər saxta məlumatlar paylaşılır. Onların əksəriyyəti fotoşopdur. Onlardan bir neçəsini artıq ifşa etmişk”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib ki, guya Yerevan səmalarında dronlar uçurdu, o da fotoşop idi. Prezidentin köməkçisinin sözlərinə görə, sonradan həmin görüntülərin media və sosial şəbəkələrdən silinməsi ilə bağlı göstəriş verilib: "Media nümayəndələrimizə müraciət edirik ki, məlumatlara həssaslıqla yanaşsınlar və yalanları ifşa etsinlər. Sözügedən fotoşopları asanlıqla aşkarlamaq mümkündür”.