BAKI, 3 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin atdığı top mərmisinin Tərtər rayon Prokurorluğun yaxınlığına düşməsi nəticəsində müstəntiq yaralanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı brifinqdə Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, 1989-cu il təvəllüdlü müstəntiq xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.