QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Deputatlar da Orduya dəstək kampaniyasına qoşuldular

"Mən də ölkə rəhbərliyinin bu təşəbbüsünə qoşularaq sentyabr ayı üçün əməkhaqqımı sözügedən Fonda köçürürəm"
Sputnik

BAKI, 3 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə ilə bağlı kampaniyaya deputatlar da qoşulublar. Sputnik Azərbaycan-a bu barədə məlumat verən Milli Məclisin deputatı Nigar Arpadarai bildirib ki, sentyabr ayı üçün əməkhaqqını sözügedən Fonda köçürüb: "Bu gün Prezidentimiz və Birinci vitse-prezidentimiz bu ayın əməkhaqlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə etdilər. Mən də ölkə rəhbərliyinin bu təşəbbüsünə qoşularaq sentyabr ayı üçün əməkhaqqımı sözügedən Fonda köçürürəm. Allah əsgərlərimizi qorusun! Qələbə bizimdir!"