İQTİSADİYYAT

Professor: “Dünya iqtisadiyyatı sistemli şəkildə ağır böhrana daxil olub”

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, neft qiymətlərindəki bu qeyri-sabitliyin tək səbəbi koronavirusla əlaqəli deyil
Sputnik

Dünya bazarında neftin qiymətində kəskin düşmə tempi qeydə alınır.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, son həftələr ərzində OPEC+ formatının yeni qaydaları neftin qiymətinin sabitləşməsində rol oynamışdı:

“Digər tərəfdən pandemiyanın səngiməsi və payızdan işgüzar fəaliyyətin yenidən canlanacağı ilə bağlı ümidlər qiymətlərin daha da sabitləşəcəyini göstərirdi. Amma dünya iqtisadi sistemli şəkildə ağır böhrana daxil olub. Neft qiymətlərindəki bu qeyri-sabitliyin tək səbəbi koronavirusla əlaqəli deyil. Böhranın getdikcə dərinləməsi neftə tələbatı da azaldacaq”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz