NATO-nun Baş katibi Türkiyəyə səfər edəcək

Yens Stoltenberq Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu və digər yüksək vəzifəli şəxslərlə danışıqlar aparacaq.
Sputnik

BAKI, 3 oktyabr — Sputnik. NATO-nun Baş katibi Yens Stoltenberq oktyabrın 5-də Türkiyəyə və Yunanıstana səfər edəcək. Sputnik Azərbaycan-ın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, o əvvəl Ankaraya, sonra Afinaya gedəcək.

Stoltenberq Ankaradakı görüşlər əsnasında Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və digər yüksək vəzifəli şəxslərlə danışıqlar aparacaq.

Daha sonra Afinaya yola düşəcək Baş katib Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis, Xarici İşlər naziri Nikos Dendias və Müdafiə naziri Nikos Panagiotopulos ilə görüşəcək.