QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Gürcü dostlarımızdan musiqili hədiyyə: "Sevgili Azərbaycan..." - VİDEO

"Bu ölkə hər zaman etibar edə biləcəyimiz, bizim uğurlarımıza sevinən ölkədir. Bu dostluq bütün gürcülərin fəxr etdiyi dostluqdur"
Sputnik

BAKI, 3 oktyabr — Sputnik. Gürcüstanlı musiqiçilər Azərbaycana dəstəklərini nümayiş etdiriblər. Sputnik Azərbaycan xəbər verir ki, onlar bir araya gələrək "Ayrılıq" mahnısını ifa ediblər: "Bu ölkə hər zaman etibar edə biləcəyimiz, bizim uğurlarımıza sevinən ölkədir. Bu dostluq bütün gürcülərin fəxr etdiyi dostluqdur. Sevgili Azərbaycan, bu mahnı bizdən, sizin gürcü bacı-qardaşlarınız adından sizin üçün səslənir".

Qeyd edək ki, qonşu Gürcüstan bu yaxınlarda Azərbaycana dəstəyini nümayiş etdirmək üçün paytaxt Tbilisidə Kür çayının üzərindəki "Sülh" körpüsü və televiziya qülləsini Azərbaycan bayrağının rənglərinə bürüyüb.

Bununla Gürcüstan tərəfi son günlər Dağlıq Qarabağda baş verən döyüşlərdə Azərbaycana dəstəyini nümayiş etdirib.