QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Braziliyalı deputat erməni təcavüzü haqda müsahibə verdi

Müsahibə zamanı xüsusilə qeyd olunub ki, 1993-cü ildə BMT TŞ-nin dörd qətnaməsinin qəbulunda o zaman Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Braziliya da fəal iştirak edib.
Sputnik

BAKI, 3 oktyabr - Sputnik. Bu gün Azərbaycana həsr edilmiş silsilə proqramlar çərçivəsində Braziliya Konqresində parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Klaudio Kajadu REBE TV kanalına müsahibə verib.

Azərbaycanın Braziliyadakı səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müsahibədə deputat parlamentlərarası diplomatiyanın rolu və əhəmiyyəti, Braziliya və Azərbaycanın qanunverici orqanları arasında münasibətlərin tarixi və mövcud vəziyyəti, iqtisadi əlaqələr, turizm potensialı və ölkəmizə səfərləri haqqinda danışıb.

Deputat Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son durum barədə danışarkən bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və münaqişə sülh yolu ilə, BMT TŞ-nin qəbul etdiyi dörd qətnamə əsasında həll edilməlidir. Son hərbi əməliyyatlar zamanı Azərbaycan tərəfindən mülki əhali və hərbiçilər tərəfindən itiklərin olduğunu təəssüflə qeyd edən deputat Minsk qrupu və beynəlxalq təşkilatların işinin fəallaşmasını və bir daha münaqişənin beynəlxalq qanunvericilik və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə əsasında həll olunmasını tələb edib.

Müsahibə zamanı xüsusilə qeyd olunub ki, 1993-cü ildə BMT TŞ-nin dörd qətnaməsinin qəbulunda o zaman Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Braziliya da fəal iştirak edib.

Sonda münaqişəyə həsr edilmiş klip nümayiş edilmişdi. Qeyd edək ki, müsahibənin təkrarı bazar günü yayımlanacaq. Proqramın tam versiyası ilə verilən keçiddə tanış olmaq olar.