Türkiyəli jurnalist Fatih Avanos dəfələrlə Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozaraq dinc əhalinin yaşadığı əraziləri atəşə tutduğunu bəyan edib, şəhidlərimizin evindən reportajlar hazırlayıb. Cəbhə xəttində qızğın döyüşlərin başladığı andan həqiqətləri dünya cəmiyyətinə çatdıran jurnalist öz təəssüratlarını Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə paylaşıb.
“Ermənistanın hücumlarını yaxından görmək, bu həqiqətləri bilavasitə Türk millətinə çatdırmaq istəyirik. Füzulidə əsgərlərlə, dinc əhaliylə görüşmüşük. Onların yüksək əhval-ruhiyyədə olduğunun şahidi olmuşuq”, - deyə o, bizimlə bölüşüb.
Sonda türkiyəli həmkarımız qısa zamanda hamımızın Qarabağdan birgə reportaj hazırlamağımızı arzu edib.