Ukrayna mediasını təmsil edən Yevgeniya Kitayeva artıq ikinci gündür cəbhə xəttində yerləşən kəndlərə baş çəkir, oradakı evlərin mərmi düşməsi nəticəsində hansı hala gəldiyinin şahidi olur, dinc əhaliylə görüşməyə çalışır.
“Darmadağın edilən çox sayda ev gördük. Bütün bunlar qorxuncdur. Mən Azərbaycan xalqına arzu etmək istəyirəm ki, mətanətli olsun”, - deyə Kitayeva Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə paylaşıb.
Ukraynalı həmkarımız hər şeyin yaxşı olacağına ümid etdiyini bildirib.