SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropa İttifaqı Dağlıq Qarabağa humanitar yardım göndərəcək

Avropa Komissiyasının sədri Yanez Lenarçiç öz "Twitter" hesabından paylaşıb: "Avropa İttifaqı Dağlıq Qarabağda təmas xəttinin hər iki tərəfində münaqişədən zərər çəkmiş əhaliyə təcili şəkildə humanitar yardım edəcək"
Sputnik

BAKI, 2 oktyabr — Sputnik. Avropa İttifaqı Dağlıq Qarabağda təmas xəttinin hər iki tərəfində münaqişədən zərər çəkmiş əhaliyə təcili şəkildə humanitar yardım edəcək.

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu xəbəri Avropa Komissiyasının sədri Yanez Lenarçiç öz "Twitter" hesabında paylaşıb.

Məlumatda deyilir: "Dağlıq Qarabağdakı münaqişə bölgəsindəki hərbi əməliyyatlarla əlaqədar olaraq, Aİ təmas xəttinin hər iki tərəfindəki bütün mülki əhaliyə təcili humanitar yardım ayırır".