BAKI, 2 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, təkcə bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb:
"Bu, vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir. Ermənistanın beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının müddəalarını kobud surətdə pozan bu hərəkəti müharibə cinayətidir".
Hikmət Hacıyev Azərbaycan silahlı qüvvələri tərəfindən adekvat cavab tədbirlərinin həyata keçiriləcəyini deyib.