Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 2 oktyabr — Sputnik. "Bu gün ön cəbhədə olan, düşmənlə üzbəüz duran və qarış-qarış, addım- addım torpaqlarımızı işğaldan azad edən əsgərlərimizlə, zabitlərimizlə, müddətdən artıq xidmət edən hərbçilərimizlə hər birimiz qürur duyuruq". Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
"Bu gün ön cəbhədə olan, düşmənlə üzbəüz duran və addım-addım torpaqlarımızı işğaldan azad edən əsgərlərimizlə, zabitlərimizlə, müddətdən artıq xidmət edən hərbçilərimizlə hər birimiz qürur duyuruq. Yaşasınlar onlar! Bütün Azərbaycan xalqı onlarla qürur duyur. Hər birimiz onların sırasında durmaqdan böyük şərəf hiss duyardıq. Azərbaycan xalqı bu missiyanı ləyaqətlə, layiqincə həyata keçirəcək və torpaqlarımız işğaldan azad olunacaq", - deyə Hikmət Hacıyev qeyd edib.