QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan ordusunun atdığı mərmi səbəbindən Horadizdə yanğın başlayıb

Ermənistan SQ-nin artilleriya atəşi altında saxladığı Tərtər şəhərində təhlükəli və çıxılmaz vəziyyətdə qalan 2 nəfər FHN DYMX-nin yanğınsöndürən-xilasediciləri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Sputnik

BAKI, 2 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin atdığı mərmi səbəbindən hazırda Füzuli rayonunun Horadiz şəhərinin ətrafında qamışlıq-bataqlıq ərazidə - İran İslam Respublikası ilə həmsərhəd zonada yanğın başlayıb. 

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən (FHN) Sputnik Azərbaycan-a verilən məlumata görə, yanğının söndürülməsi istiqamətində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən müvafiq tədbirlər görülür. 

Yanğının ətraf tikintilərə, həmçinin vətəndaşın həyatına hər hansı təhlükəsi yoxdur.

Bundan başqa, Ermənistan SQ-nin artilleriya atəşi altında saxladığı Tərtər şəhərində təhlükəli və çıxılmaz vəziyyətdə qalan 2 nəfər FHN DYMX-nin yanğınsöndürən-xilasediciləri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Qeyd edək ki, qarşı tərəfin artilleriya atəşləri nəticəsində mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün FHN gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi vətəndaşlardan xahiş olunur.