QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Təhsil Nazirliyi: erməni təxribatı nəticəsində 2 şagird həlak olub, müəllim yaralanıb

Tərtərin 6, Ağdamın 2, Füzuli, Goranboy və Kəlbəcərin hər birində 1 məktəb müxtəlif dərəcəli dağıntılara məruz qalıb
Sputnik

BAKI, 1 oktyabr — Sputnik. Sentyabrın 27-dən ötən 4 gün ərzində erməni işğalçı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini davamlı atəşə tutması nəticəsində şagirdlərdən həlak olanlar, müəllimlərdən isə müxtəlif bədən xəsarətləri alanlar var.

Təhsil Nazirliyi Ermənistanın təcavüzü nəticəsində həlak olan məktəblilərimiz barədə

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Naftalan şəhərində bir evə düşən mərmi nəticəsində rayonun Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin VII sinif şagirdi Şəhriyar Qurbanov və IX sinif şagirdi Fidan Qurbanova həlak olublar.

Tərtər rayonu Seyidimli kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Mübariz Əliyev isə ayağından qəlpə yarası alıb.

Tərtərin 6, Ağdamın 2, Füzuli, Goranboy və Kəlbəcərin hər birində 1 məktəb müxtəlif dərəcəli dağıntılara məruz qalıb.

Tərtər:

Tərtər şəhər 5 saylı tam orta məktəb

Tərtər şəhər İ.Məmmədov adına 2 saylı məktəb-lisey

Şıxarx kənd 1 saylı tam orta məktəb

Qapanlı kənd tam orta məktəb

Qarağacı kənd tam orta məktəb

Qazyan kənd ümumi orta məktəb

Ağdam:

Naftalanda bütün ailənin tələf olduğu evdən dəhşətli kadrlar 18+

 

Təzəkənd kənd tam orta məktəb

Ayaqqərvənd kənd tam orta məktəb

Füzuli:

Arayatılı kənd tam orta məktəb

Goranboy:

Safıkürd kənd tam orta məktəb

Kəlbəcər:

Kəlbəcər rayonu 83 saylı tam orta məktəb.